RU

Seymur Orucov yerlərdə vətəndaşların növbəti səyyar qəbullarını keçirib -FOTOLAR

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Qıraq Kəsəmən kənd və Köçəsgər kənd 1 nömrəli tam orta məktəb binalarında keçirdiyi növbəti səyyar qəbullarda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və yerli sakinlər iştirak ediblər.

Səyyar görüşlərdə RİH başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının bugünkü tərəqqisi və inkişafına xidmət edib. Ulu Öndər tərəfindən əsası qoyulan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında ildən-ilə güclənir, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir, eyni zamanda, bütün sahələrdə dinamik inkişafı, qüdrətli ordusu ilə regionda lider dövlətə çevrilib.

Vətəndaşların qaldırdıqları məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eləcə də yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə müvafiq göstərişlər verilib.

image-1 image-2 image-3 image-4 image-5

 

 

Избранный
24
1
veteninfo.az

2Источники