RU

Bakıda satılan İran malları ilə bağlı vəziyyət dəyişdi Vacib açıqlama

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son aylar Azərbaycanda bazarlarda İran istehsalı olan məhsulların qiymətində artım müşahidə edilir. Paytaxt bazarlarında və topdansatış mərkəzlərində qonşu ölkədən gətirilən malların qıtlığı da diqqət çəkir. Satıcılar bildirirlər ki, idxalın zəifləməsi əsasən gündəlik tələbat mallarına, xüsusən də yağ və düyü bazarına təsir göstərib. Məişət üçün kimyəvi və yuyucu vasitələr seqmentində də vəziyyət oxşardır.

Globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, statistik məlumatlara əsasən, qiymət dəyişikliklərini hiss etmək üçün ən azı üç ay keçməlidir:

“Bilirsiniz, qiymətlər dərhal dəyişmir. İranla bağlı vəziyyəti izləyirəm, əsasən tikinti materialları və kənd təsərrüfatı məhsullarını nəzərdən keçirmişəm. Həmçinin, bəzi neft məhsulları da bu kateqoriyaya daxildir. 2020-ci ildən 2022-ci ilə qədər müəyyən dəyişikliklər olub və həmin dövrdə tikinti materiallarında qiymət artımını hiss etmişəm. Bu isə dolların enməsi ilə əlaqədar ola bilər”.

İqtisadçının sözlərinə görə, dolların məzənnəsi də qiymətlərə təsir göstərir:

“Məsələn, İranda dolların qiyməti yüksəlibsə, deməli, bəzi məhsullar ucuzlaşa, əksi olarsa, qiymətlər bahalaşa bilər. Qısacası, qonşu ölkədə istehsal olunan xammalın qiymətləri dolların məzənnəsi və ümumi inflyasiya fonunda qarışıq şəkildə formalaşır. Bu, yalnız İran məhsullarının bahalaşması demək deyil, dollar və digər iqtisadi faktorlar da rol oynayır. Oxşar tendensiyanı Türkiyədə də müşahidə etmək mümkündür. Belə ki, əvvəlcə məhsullar ucuz olur, sonra isə dolların artımı ilə qiymətlər yüksəlir”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
globalinfo.az

1Источники