RU

“YAŞAT” Fondu müharibə əlili Bəhrəm Abdullayevə dəstək göstərib

Bakı, 6 fevral, AZƏRTAC

“YAŞAT” Fondu müharibə əlillərinə dəstək istiqamətində tədbirlərini davam etdirir. Müharibə əlili Bəhrəm Təzəxan oğlu Abdullayevə də mütəmadi olaraq müalicə istiqaməti üzrə dəstək göstərilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ona fondun vəsaiti hesabına növbəti dəfə “Spinal kord stimulyatorunun yerləşdirilməsi (ağrı pili)" əməliyyatı icra olunub.

Xatırladaq ki, sözügedən əməliyyat icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil.

Bəhrəm Abdullayev barədə daha ətraflı link vasitəsilə məlumat almaq mümkündür.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” bölməsindən əldə etmək mümkündür.

Избранный
11
4
azertag.az

9Источники