RU

Bakıda binanın həyətindən VAZ 2107 oğurlandı VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı şəhəri, Nərimanov rayonunda VAZ-2107 avtomobili oğurlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a müraciət daxil olub.

Müraciətdə qeyd olunub ki, hadisə fevralın 4-də Nəcəf Nərimanov küçəsi, 3 ünvanındakı binanın qarşısında baş verib. Belə ki, avtomobil sahibi binadan aşağı düşərkən maşının yerində olmadığını görüb. Daha sonra cərimə bildirişini yoxlayan şəxs avtomobilin sürət həddini aşaraq 60 km/saatlıq yolda 70-75 km/saat sürətlə hərəkət etdiyini müəyyənləşdirib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edilib, eyni zamanda, "102" xidmətinə məlumat verilib.

Şikayətçi qeyd edib ki, 99-VL-710 dövlət nömrə nişanlı maşının sahibi Mübariz Qasımovdur, avtomobil Mehriban Qasımovanın adına rəsmiləşdirilib:

"Avtomobilin salonunda şəxsiyyət vəsiqələri və bank kartları var idi. Avtomobil sonuncu dəfə DYP-nin Saray postu ərazisində görülüb. Hadisə ilə bağlı radara düşən görüntülər də mövcuddur. Görüntülərdə avtomobilin təcili tibbi yardım maşınına bənzər nəqliyyat vasitəsinin arxasınca yüksək sürətlə hərəkət etdiyi görünür.

Hazırda avtomobil axtarışdadır. Maşının sökülməsindən narahatam, onu əziyyətlə almışdıq".

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb.

Oxunub 24

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
1
avtosfer.az

2Источники