RU

Şagirdin güllələdiyi müəllim əməliyyat olundu – SON VƏZİYYƏT

Bu gün Binəqədi rayonu “İdrak” liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.

KONKRET.az bildirir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.

Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur.

***11:09

Məktəbdə şagirdin güllələdiyi müəllim Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

KONKRET.az xəbər verir ki, o, əməliyyata hazırlanır.

Vəziyyətinin ağır olduğu bildirilir.

(apa)

Избранный
100
11
konkret.az

10Источники