RU

ADY sərnişindaşımanı 20 % artırıb - FOTO

Bu ilin yanvar ayında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə ümumulikdə 856 min 201 sərnişin daşınıb.

ADY-dən Bizim.Media-ya bildirilib ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 20 % çoxdur.

Təkcə, bu ilin yanvar ayında ölkədaxili 47 min 859 min sərnişin daşınıb ki, bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 21 % çoxdur.

Bu ilin ilk ayında Abşeron dairəvi dəmir yolu ilə isə 808 min 342 sərnişin daşınıb ki, bu da ötən ilin ilk ayının göstəricisi ilə müqayisədə 20 % çoxdur.


Bizim.Media

Избранный
10
6
bizim.media

8Источники