RU

“Moskva “Tramp marşrutu”nu müzakirəyə hazırdır”- SƏFİR

Ermənistanın xarici siyasət əlaqələrinin geniş şaxələndirilməsi kontekstində Qərblə yaxınlaşması Moskva ilə Yerevan arasındakı münasibətlərdə yeni çətinliklər yaradır. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin "Rossiya 24" televiziya kanalında bildirib.

"Bilirik ki, Avropa Birliyi hazırda Rusiya Federasiyasına qarşı düşmənçilik siyasəti yürüdür və ümumiyyətlə, tərəfdaşlarına açıq şəkildə sanksiyalar da daxil olmaqla, bu siyasəti dəstəkləməli olduqlarını bildirir. 

Əlbəttə ki, bu, münasibətlərimizdə yeni çətinliklər yaradır və hər iki tərəfdən çox ağlabatan, balanslı, müdrik yanaşma, eləcə də strateji uzaqgörənlik tələb edir", - deyə Kopırkin bildirib.O əlavə edib ki, bu, ikitərəfli münasibətləri yeni reallıqlara uyğunlaşdırmağı tələb edir.

Səfir, həmçinin qeyd edib ki, Moskva "Tramp marşrutu" layihəsində mümkün iştirakı ilə bağlı müzakirələrə açıqdır.

Kopırkinin sözlərinə görə, Rusiya "Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu" layihəsi ətrafındakı hadisələri diqqətlə izləyir.

Избранный
35
1
cebheinfo.az

2Источники