RU

Rusiya tərəfdən Zəngəzur(“Tramp“) yolu layihəsinə qoşulma haqda rəsmi açıqlama gəldi...

Moderator.az saytına istinadən ain.az xəbər verir.

Ermənistanın xarici siyasət əlaqələrinin geniş şaxələndirilməsi kontekstində Qərblə yaxınlaşması Moskva ilə Yerevan arasındakı münasibətlərdə yeni çətinliklər yaradır.

Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin "Rossiya 24" telekanalının efirində bildirib.

Kopırkin bildirib ki, "Aİ hazırda Rusiya Federasiyasına qarşı düşmənçilik siyasəti yürüdür və ümumiyyətlə, tərəfdaşlarına sanksiyalar da daxil olmaqla, bu siyasəti dəstəkləmələri barədə gizli bir siqnal verir. Əlbəttə ki, bu, münasibətlərimizdə yeni çətinliklər yaradır və hər iki tərəfdən çox ağıllı, balanslı, müdrik yanaşma və strateji uzaqgörənlik tələb edir".

O əlavə etdi ki, bu, ikitərəfli münasibətlərin yeni reallıqlara uyğunlaşdırılmasını tələb edir.

Səfir həmçinin qeyd edib ki, Moskva, xüsusən də Rusiya ilə Ermənistan arasında dəmir yolu sektorunun inkişafı sahəsində əməkdaşlığı nəzərə alaraq, Rusiyanın "Tramp Yolu" layihəsində iştirakı imkanlarını müzakirə etməyə açıqdır.

Kopırkinin sözlərinə görə, Rusiya "Trampın beynəlxalq sülh və rifaha aparan yolu" layihəsi ətrafındakı inkişafları diqqətlə izləyir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
1
moderator.az

2Источники