RU

Qriqoryan Aİ-nin xüsusi nümayəndəsi ilə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yerevanda Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.

Bildirilib ki, həmsöhbətlər Ermənistan-Aİ ikitərəfli gündəliyi ilə bağlı məsələləri müzakirə edib və münasibətlərin gələcək inkişafına toxunublar.

Məlumata görə, görüş zamanı Qriqoryan və Qrono Ermənistan və Azərbaycan arasında qurulan sülh prosesi və son hadisələrə də toxunublar.

Daşqın HəsənovMissiya.Az

Избранный
32
missiya.az

1Источники