RU

Azərbaycanın U-17 millisi Gürcüstanla ilk yoxlama oyununu keçirib

Bakı, 6 fevral, AZƏRTAC

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, komanda Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 9-da keçiriləcək.

 

Избранный
27
4
azertag.az

8Источники