ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Amerika Birləşmiş Ştatları, Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı fəaliyyəti həyata keçirdiyi iddiası ilə bir qayığa zərbə endirib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Cənub Komandanlığının (SOUTHCOM-un) sosial media hesabından edilən açıqlamada, ABŞ Müdafiə naziri Pit Heqsetin təlimatı ilə Şərqi Pasifikdə əvvəlcədən müəyyən edilmiş narkotik qaçaqmalçılığı marşrutu üzrə hərəkət edən və qaçaqmalçılıq fəaliyyəti yürütdüyü əsası ilə bir qayığa hücum təşkil edildiyi qeyd olunub.
Kəşfiyyat məlumatlarının qayığın narkotik qaçaqmalçılığı fəaliyyətlərində iştirak etdiyini təsdiqlədiyi bildirilən açıqlamada, hücum nəticəsində 2 nəfərin həyatını itirdiyi ifadə edilib.
Bu əməliyyat Donald Tramp administrasiyasının narkotik kartellərinə qarşı elan etdiyi "sıfır tolerantlıq" siyasətinin bir hissəsi kimi qiymətləndirilir.
ABŞ son aylarda xüsusilə Mərkəzi və Cənubi Amerika sahillərində patrul xidmətini gücləndirərək, narkotik daşınmasında istifadə edilən dəniz yollarını tam nəzarətə götürməyə çalışır.
Mütəxəssislər qeyd edirlər ki, Müdafiə Nazirliyinin bu cür əməliyyatlarda birbaşa iştirakı regionda hərbi gərginliyi artıra bilər.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.