ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində kobud qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 5-də saat 18:45 radələrində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, Kristal Abşeron-1 istiqamətindən hərəkət edən 77-HU-647 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb.
Nəticədə qarşı tərəfdən gələn nəqliyyat vasitəsinin yolunu kəsən sürücü qəza şəraiti yaradıb.
Daha sonra o, görüntünü qeydə alan sürücüyə yol vermək üçün öz hərəkət zolağına qayıdıb.
Videoda piyadaların da yolu müəyyən olunmamış yerdən keçərək qayda pozduqları aydın şəkildə əks olunub.
Nərmin
Oxunub 192
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.