"Qarabağ"ın "Nyukasl"la oyunlar üçün iştirak ərizəsi müəyyənləşdi
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la (İngiltərə) oyunlar üçün iştirak ərizəsi müəyyənləşib.
aia.az-ın klubun saytına istinadən xəbər verir ki, zədə səbəbindən siyahıdan çıxarılan yarımmüdafiəçi Kadi Borgesin adı yenidən sifariş vərəqinə daxil edilib.
Braziliyalı futbolçu iştirak ərizəsində Kris Kuakunu əvəzləyib. Kadi “Nyukasl Yunayted”lə pley-off mərhələsinin qarşılaşmalarında iştirak edə biləcək.
Qeyd edək ki, “Qarabağ” İngiltərə klubu ilə fevralın 18-də Bakıda, 6 gün sonra Nyukaslda qarşılaşacaq.
“Qarabağ”ın UEFA Çempionlar Liqası üçün iştirak ərizəsi