Daxili İşlər Nazirliyi “İdrak” liseyində şagirdin müəllimini güllələməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirlikdən verilən xəbərə görə, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktla bağlı araşdırma aparılır.
Liseyin rəhbəri Mönsüm Alışov isə “Unikal”a açıqlamasında hadisənin səbəbini deyib:
“Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”.
***
Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib.
Yenilik.az-ın Unikal-a istinadən məlumatına görə, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.
Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.