RU

Mərkəzi Bank mövcud makroiqtisadi vəziyyəti nəzərə alaraq uçot dərəcəsini dəyişir Millət vəkili

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Mərkəzi Bank mövcud makroiqtisadi vəziyyəti nəzərə alaraq uçot dərəcəsini dəyişir.  Bu qərarlar qəbul edilərkən həm istehlak bazarındakı vəziyyət, həm də tədiyyə balansında baş verən proseslər diqqət mərkəzində saxlanılır. Məqsəd məhz uçot dərəcəsi vasitəsilə iqtisadi aktivliyə təsir göstərmək, faiz dərəcələrini yuxarı və ya aşağı istiqamətdə tənzimləməkdir. Lakin etiraf etmək lazımdır ki, hazırkı mərhələdə Mərkəzi Bankın uçot dərəcəsinin kredit faizlərinə təsiri kifayət qədər zəifdir".

İqtisadçı millət vəkili Vüqar Bayramov bunu 525.az-a söyləyib. O bildirib ki, pPraktik olaraq, uçot dərəcəsində baş verən dəyişikliklər bankların kredit faizlərinə birbaşa və güclü təsir göstərmir. Bunu son dövrlərin təcrübəsində də açıq şəkildə müşahidə edirik: Mərkəzi Bank uçot dərəcəsini azaltdığı halda belə, kredit faizlərində adekvat azalmalar qeydə alınmır. Bu isə onu göstərir ki, kredit faizlərinin səviyyəsi daha çox bankların cəlb etdiyi depozitlərin faiz dərəcələrindən və ümumilikdə onların maliyyə resurslarının dəyərindən asılıdır. Yəni kredit faizlərinin azalması birbaşa olaraq bankların hansı şərtlərlə və hansı qiymətə vəsait cəlb etməsindən asılıdır. Əgər banklar, xüsusilə də manatla yüksək faizli depozit siyasətini davam etdirərlərsə, bu halda kredit faizlərində ciddi azalmaların baş verməsi real görünmür.

Çünki praktikada bankların cəlb etdiyi vəsaitlər bahalı olduqda, onlar bu xərcləri kompensasiya etmək üçün kreditləri də yüksək faizlə təklif etməyə məcbur qalırlar. Bu baxımdan kredit faizlərinin azalması üçün əsas şərtlərdən biri bankların maliyyə resurslarının dəyərinin aşağı düşməsi, yəni daha ucuz mənbələrdən vəsait cəlb etməsidir. Xüsusilə milli valyutada daha münasib şərtlərlə resursların formalaşdırılması bu prosesdə mühüm rol oynayır:

"Bununla yanaşı, bank sektorunda korporativ idarəetmənin gücləndirilməsi və şəffaflığın artırılması da kredit faizlərinin formalaşmasına birbaşa təsir edən vacib amillərdəndir. Korporativ idarəetmənin effektiv təşkili, maliyyə resurslarının şəffaf və düzgün idarə olunması, kreditlərin verilməsi zamanı borcalanların ödəmə qabiliyyətinin daha dəqiq qiymətləndirilməsi risklərin azalmasına səbəb olur. Risklərin azalması isə öz növbəsində kredit faizlərinin aşağı düşməsi üçün zəmin yaradır. Kredit faizlərində real və davamlı azalmaların baş verməsi üçün bir tərəfdən bankların cəlb etdiyi vəsaitlərin dəyərinin uzlaşması, digər tərəfdən isə bank sektorunda korporativ idarəetmənin və şəffaflığın daha da gücləndirilməsi vacibdir. Yalnız bu şərtlər daxilində kredit bazarında faizlərin azalmasını müşahidə etmək mümkün ola bilər".

Seinc Qarayeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
525.az

1Источники