RU

Aİ Türkiyəyə qərəzli münasibətini dəyişmir

Azvision saytına istinadən ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Aİ-nin genişlənmə siyasəti üzrə komissarı Marta Kos Ankaraya səfəri öncəsi belə deyib. “Ankaraya səfərim etimadın bərpası və iqtisadi əlaqələrimizi hər iki tərəf üçün daha faydalı etmək yollarını tapmaq məqsədi daşıyır. Aİ-nin Türkiyə ilə münasibətlərə yeni nəzər salması lazımdır, lakin danışıqları yenidən başlamaq planları yoxdur”, – avrokomissar “Politico”ya müsahibəsində bildirib. Onun sözlərinə görə, səfərin əsas məqsədi “Türkiyə ilə güclü tərəfdaşlıq qurmaq” olacaq. Xanım Kosun fikrincə, Ukraynada sülh Avropa reallıqlarını, xüsusən də Qara dəniz regionunda dəyişəcək və buna görə də Ankara Brüssel üçün “çox vacib tərəfdaşa çevriləcək”. Bundan əlavə, Avropa Komissiyası (AK) fevralın 6-da Türkiyə, Mərkəzi Avropa və Cənubi Qafqazla “Regionlararası Əməkdaşlıq Gündəliyinin irəlilədilməsi” adlı tədqiqat planını təqdim etməyi planlaşdırır. Tədqiqatda digər məsələlərlə yanaşı, regionlar arasında nəqliyyat və ticarət dəhlizlərinin inkişafı üçün lazım olan sərmayələr təsvir ediləcək. Türkiyənin Aİ-dəki səfiri Yaprak Balkan, öz növbəsində, ölkəsi ilə birlik arasında münasibətlərin “ortaq maraqlar üzərində qurulacağına” ümid etdiyini bildirib. O, həmçinin vurğulayıb ki, Türkiyənin Aİ-yə daxil olması bu münasibətlərin “yol göstərən ulduzu” kimi qalır. Amma Ukraynanın sürətli şəkildə Aİ-yə daxil olması üçün dəridən-qabıqdan çıxan avrobürokratiya, görünür, bu məsələdə Türkiyəyə qarşı qərəzli mövqeyini dəyişmək fikrində deyil. Elə Marta Kosun Ankaraya səfəri öncəsi verdiyi bəyanat da bunu sübut edir. Beləliklə, bir daha aydın olur ki, Brüssel bürokratiyası Türkiyəyə yalnız və yalnız Aİ-nin maraqlarının reallaşdırılması üçün əlverişli vasitə kimi baxır. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
azvision.az

2Источники