RU

ABŞ Dəniz Piyadaları Korpusu əlavə amfibiya döyüş maşınları sifariş edib

ABŞ Dəniz Piyadaları Korpusu Böyük Britaniyanın “BAE Systems” şirkətindən əlavə 30 ədəd ACV amfibiya döyüş maşını sifariş edib.

“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında 195 milyon ABŞ dolları dəyərində müqaviləyə imzalanıb.

Bu sifariş ABŞ Dəniz Piyadaları Korpusu tərfindən alınan ACV-30 variantlarının ümumi sayını 150+ ədədə çatdırır.

30 mm-lik avtomatik top ilə təchiz olunmuş ACV-30 düşmən hədəflərinə uzaq məsafədən zərbə endirmək üçün artırılmış atəş gücü və imkanlar təqdim edir. 8×8 təkərli şassiyə malik ACV amfibiya əməliyyatlarında mobilliyi, sağqalma qabiliyyətini və uyğunlaşma çevikliyini artırmaq məqsədilə hazırlanmış növbəti nəsil platformadır.

Избранный
26
poliqon.az

1Источники