RU

“Netflix”dən Aynura təklif!

ain.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dizayner Aynur Xəlilovanın yaradıcılığı bu dəfə Hindistanda diqqət çəkib.

OLAY yazır ki, hindistanlı aktrisa Sandipa Dharın modelyer Aynur Xəlilova ilə əməkdaşlığı müzakirələrə səbəb olub. Aynur aktrisanın “Netflix” platforması üçün çəkilən “Chumbak” serialının qala gecəsi üçün geyimini hazırlayıb.

Məlumata görə, əməkdaşlıq təşəbbüsü qarşı tərəfdən gəlib. “Netflix”in Hindistan komandası tərəfindən Aynur Xəlilovaya rəsmi müraciət olunub və aktrisanın təqdimat mərasimində məhz onun dizaynında geyimlə iştirak etməsi təklif edilib.

Xəlilova sənətçi üçün iki geyim nümunəsi təqdim edib. Seçim bordo rəngli gecə geyimi üzərində edilib və Sandipa Dhar qala gecəsində həmin dizaynla görüntülənib.

Qeyd edək ki, bu, Aynur Xəlilovanın beynəlxalq səviyyədə ilk işi deyil. Onun yaradıcılığı ölkə hüdudlarından kənarda maraqla izlənilir və bu cür əməkdaşlıqlar mütəmadi xarakter daşıyır

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
olay.az

1Источники