ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Özbəkistanda bəzi köhnə model avtomobillərin istismarı ilə bağlı sərt qərar verilib.
Avtosfer.az xəbər verir ki, yerli mənbələrin yaydığı məlumata görə, texniki və ekoloji tələblərə cavab verməyən Sovet istehsalı nəqliyyat vasitələrinin ölkə yollarında hərəkətinə qadağa qoyulub.
Qərar əsasən köhnə texnologiyalı, yüksək yanacaq sərfiyyatına və təhlükəsizlik standartlarına cavab verməyən avtomobillərə şamil olunur. Bu çərçivədə istismar müddətini başa vurmuş sovet istehsalı avtomobillər yol hərəkətindən kənarlaşdırılır və utilizasiyaya göndərilir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə bu tip avtomobillərin yol kənarında xüsusi texnika vasitəsilə əzildiyi, metal tullantısı kimi emal edildiyi görünür. Bildirilir ki, məqsəd həm yol təhlükəsizliyinin artırılması, həm də ətraf mühitə zərərin azaldılmasıdır.
Məlumata görə, Özbəkistan hökuməti avtomobil parkının yenilənməsi, müasir və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsinin təşviqi istiqamətində ardıcıl addımlar atır. Köhnə avtomobillərin dövriyyədən çıxarılması bu strategiyanın bir hissəsi hesab olunur.
Qeyd edək ki, sovet istehsalı avtomobillər uzun illər ərzində Özbəkistan yollarında geniş istifadə edilsə də, müasir yol hərəkəti və təhlükəsizlik tələbləri bu nəqliyyat vasitələrinin istismarını getdikcə daha problemli edir.
Eltac Zülfüqaroğlu
Oxunub 0
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.