RU

Yaponiyada güclü qar qurbanlarının sayı 42 nəfərə çatdı

Bakı. Trend:

Yanvarın 20-dən etibarən Yaponiyanın şimal bölgələrinə və Yapondənizi sahillərinə yağan güclü qar nəticəsində ölənlərin sayı 42nəfərə yüksəlib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Niiqata prefekturasında 15, Akita prefekturasında 8, Aomori vəYamaqata prefekturalarında 5, Hokkaydo prefekturasında 4, İvate,Fukui, Naqano, Kioto və Şimane prefekturalarında isə hərəsində 1nəfərin həyatını itirdiyi qeyd olunub.

Məlumata görə, ölənlər arasında qar təmizləyərkən damdanyıxılanlar, eləcə də yol və cığırları təmizləyən zaman səhhətipisləşən şəxslər olub.

Yaponiya Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyi (FDMA)güclü qar səbəbindən baş verən qəzalar nəticəsində ümumilikdə 444nəfərin xəsarət aldığını açıqlayıb. Onlardan 156-nın vəziyyətininağır, 288-nin isə yüngül olduğu bildirilib.

Məqalədə:
Избранный
24
1
az.trend.az

2Источники