RU

Omanda danışıqlar başlayıb

Omanın paytaxtı Maskatda ABŞ və İran arasında nüvə danışıqlarının birinci raundu başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, məlumatı "Tasnim News" informasiya agentliyi yayıb.

Bildirilib ki, danışıqlara ABŞ-dən Prezidentin xüsusi nümayəndəsi Stiff Uitkoff, İrandan isə xarici işlər naziri Abbas Əraqçi başçılıq edir.

Məlumata görə, İran XİN-in başçısı danışıqlardan əvvəl Oman Krallığının xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşərək, İran-ABŞ danışıqlarının irəliləməsi yollarını müzakirə ediblər.

"Cebheinfo.az"

Избранный
20
2
cebheinfo.az

3Источники