RU

Epşteyn işi Starmer də hədəfə alındı

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, mənbələər istinad edən “The Telegraph” nəşrinin məlumatına görə, Starmer üçün vəziyyət “ekzistensial” xarakter daşıyır. Parlamentarilərdən biri, demək olar ki, hamının fərdi olaraq liderin dəyişdirilməsinə çağırdığını iddia edib. Starmerin keçmiş müavini Angela Reyner və səhiyyə naziri Ues Stritinq onun mümkün varisləri kimi göstərilir. Qəzetin həmsöhbəti bildirib ki, rəhbərlik dəyişikliyini dəstəkləyən deputatların sayı “hamının adının sadalaması üçün çox böyükdür”. “Bundan əvvəl Böyük Britaniyanın baş naziri maliyyəçinin mühakiməsindən sonra da lord Piter Mandelsonun Epşteynlə əlaqələrindən xəbərdar olmasına baxmayraq, onu ABŞ-yə səfir göndərdiyini etiraf edib”, - nəşr yazır.

Tramp Starmerə qəzəblənib

Mandelson 2025-ci ilin fevralında Böyük Britaniyanın ABŞ-dəki səfiri vəzifəsinə təyin edilib. Sentyabr ayında isə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Epşteyn işi fonunda onun səlahiyyətlərini dayandırıb. “The Guardian” qəzetinin məlumatına görə, Piter Mandelson elektron məktublarında maliyyəçini “ən yaxşı dostu” adlandırıb və onu “erkən azadlığa çıxması üçün mübarizə aparmağa” çağırıb. Maraqlıdır ki, səfirin işdən çıxarılmasından bir gün əvvəl Kir Starmer diplomata tam etimad göstərdiyini bəyan edib və onun təyinatdan əvvəl hərtərəfli yoxlama prosesindən keçdiyini vurğulayıb. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
1
azvision.az

2Источники