RU

Xalq rəssamı Ağaəli İbrahimovun 80 yaşı tamam olur

Bu gün Xalq rəssamı Ağaəli İbrahimovun doğum günüdür. Onun 80 yaşı tamam olur.

Ağaəli Müsəllim oğlu İbrahimov 1946-cı ilin bu günü, yəni fevralın 6-da Bakıda doğulub.

Orta məktəbi bitirdikdən sonra 1960-1966-cı ildən Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969-1974-cü illərdə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib. Onun əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub.

Ağaəli İbrahimov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 30 may 2002-ci ildə "Əməkdar incəsənət xadimi", 29 dekabr 2006-cı ildə isə "Xalq rəssamı" fəxri adlarına layiq görülüb.

O aktrisa Naina İbrahimovanın atası, rəssam Nadejda İbrahimovanın həyat yoldaşıdır. Ağaəli İbrahimov Azərbaycan Rəssamlar İttifaqının katibidir.

O bir sıra ekran işlərində də rol alıb. "Məhəbbətin hökmü" (film, 1998), "Sifarişçi" (film, 2000), "Sonuncu dərviş" (film, 2009) kimi filmlərdə çəkilib.

Избранный
29
1
far.az

10Источники