Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, “The New York Post (NYP)” nəşrinin məlumatına görə, komitənin sədri senator Bill Kessidi bu hərəkətlərin federal vətəndaş hüquqları qanunlarını poza və Nyu-Yorkun 2,2 milyard dollara qədər federal maliyyə vəsaiti almasına təhlükə yarada biləcəyini deyib. “Şəhər rəsmiləri məktəblərdə yəhudi şagirdlərin müdafiəsini necə təmin etməyi planlaşdırır və fərmanların ləğvi federal qurumlarla razılaşdırılıbmı?”, - Bill Kessidi Nyu-York merinə məktubunda izahat tələb edib. İstintaq Məmdaninin antisemitizmlə mübarizə və İsrailin boykotuna qarşı çıxanlar da daxil olmaqla, öz sələfi Erik Adams tərəfindən imzalanmış icra sərəncamlarını ləğv etmək qərarı ilə bağlıdır. Merin Senat komitəsinin sorğusuna cavabı fevralın 19-da gözlənilir. Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.