RU

ABL: B qrupunun liderləri üz-üzə

Azərbaycan Basketbol Liqasında XVI tur davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün tur çərçivəsində daha bir oyun keçiriləcək.

B qrupunun son qarşılaşmasında liderlər - "Naxçıvan" ilə "Ordu" üz-üzə gələcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Turun əvvəlki oyunlarında "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" isə "Sərhədçi"ni (97:89) məğlub edib.

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. 

ABL
16-cı tur
6 fevral

19:00. "Naxçıvan - "Ordu"
Bakı İdman Sarayı.

A qrupu 

1. Sabah 15 14 1 +396 29
2. Abşeron Lions 15 13 2 +126 28
3. Gəncə 15 7 8 -38 22 
4. Neftçi 15 7 8 +32 22
5. Şəki 15 2 13 -237 17
6. NTD 15 2 13 -252 17

B qrupu

1. Ordu 15 14 1 +286 29
2. Naxçıvan 15 12 3 +99 27
3. Quba 16 6 6 -12 22
4. Sumqayıt 16 6 10 -103 22
5. Sərhədçi 16 5 11 -89 21
6. Lənkəran 16 4 12 -157 20

Избранный
29
2
fanat.az

4Источники