Dünya Çempionatının qalibi olan beyləqanlı gənc idmançı Fəxri Fərmanla təltif edildi.Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Türkiyə Respublikasının Bursa şəhərində keçirilən Alpaqut idman növü üzrə Dünya Çempionatında 18–35 yaş kateqoriyası üzrə yarışlarda yüksək nəticə əldə edərək I yerə layiq görülmüş beyləqanlı idmançı İbrahimov Nihad Elçin oğlunu qəbul edib.Qəbul zamanı rayon rəhbəri gənc idmançını qələbə münasibətilə təbrik edib, bu uğurun Azərbaycan idmanının beynəlxalq arenada qazandığı növbəti nailiyyətlərdən biri olduğunu bildirib. Qeyd olunub ki, gənclərin idman sahəsində əldə etdikləri uğurlar onların vətənpərvər ruhda formalaşmasına və ölkəmizin nüfuzunun yüksəlməsinə xidmət edir.Bildirilib ki, Nihad İbrahimov Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin kursantıdır və onun idmanın müxtəlif sahələri üzrə əldə etdiyi nailiyyətlər təqdirəlayiqdir. Vurğulanıb ki, Azərbaycan və dünya çempionu olan idmançı Alpaqut Turan Döyüş Sənəti ilə yanaşı, Sərbəst güləş üzrə də məşğul olmuş, bu sahədə də müxtəlif yarışlarda uğurlu nəticələr əldə etmişdir.Sonda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dünya çempionu olan idmançıya fəxri fərman və hədiyyə təqdim edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, gənc idmançıya Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən pul mükafatı da ayrılmışdır.Görüşdə gənc idmançı və onun valideyni çıxış edərək idmançılara göstərilən davamlı diqqət və qayğıya, idman sahəsində yaradılan geniş imkanlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта


