RU

Koroğlu metrostansiyasının girişində sahibsiz it narahatlıq yaradıb

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Koroğlu metrostansiyasının əsas girişində sahibsiz itin olması narahatlıq yaradıb.

Sherg.az xəbər verir ki, it günün müxtəlif saatlarında metronun giriş-çıxış hissəsində müşahidə olunur.

Vətəndaşlar qeyd edirlər ki, heyvan aqressiv davranış nümayiş etdirməsə də, insanların sıx hərəkət etdiyi ərazidə sahibsiz itin olması xüsusilə uşaqlar və yaşlılar üçün risk yarad;r. Bəzi sərnişinlər isə itin uzun müddətdir həmin ərazidə olduğunu və ona yemək verildiyini bildiriblər.

Məsələ ilə bağlı aidiyyəti qurumların vəziyyətə nəzarət etməsinin vacibliyi vurğulanır. Sakinlər hesab edirlər ki, həm ictimai təhlükəsizlik, həm də heyvanın özü üçün daha uyğun şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülməlidir.

Qeyd edək ki, paytaxtın müxtəlif ərazilərində sahibsiz heyvanlarla bağlı oxşar hallara rast gəlinir və bu məsələ zaman-zaman ictimai müzakirələrə səbəb olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
3
sherg.az

4Источники