Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktla bağlı araşdırma aparılır.
***
Bakıda liseydə şagird müəllimini güllələyib.
AzVision.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Məlumata görə, 10-cu sinif şagirdi müəllimini odlu silahla güllələyib.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.
Qeyd edək ki, xəbəri ilk olaraq "unikal.az" saytı yayıb.
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта