RU

“Epşteyn işi” Nobel Komitəsinin keçmiş sədrini də vurdu

ain.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, bu barədə Norveçin İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsi (Oekokrim) məlumat yayıb. Yaqlandla bağlı təhqiqata başlamaq qərarı Epşteynlə bağlı bu yaxınlarda məxfiliyi ləğv olunmuş sənədlərdən əldə edilən məlumatlara əsaslanır. “Düşünürük ki, dərc olunan sənədlərin əhatə etdiyi müddətdə Yaqlandın Nobel Komitəsinin sədri və Avropa Şurasının baş katibi vəzifələrində çalışdığını nəzərə alsaq, araşdırma üçün ağlabatan əsaslar var”, - qurumuna açıqlamasında deyilir. Yaqlanda qarşı konkret ittiham irəli sürülməyib, lakin “Oekokrim”in bəyanatına görə, istintaq onun əvvəlki vəzifəsi ilə bağlı hədiyyələr, səyahət təzminatı və kreditlər alıb-almamasına yönələcək. Polis həmçinin beynəlxalq təşkilatın keçmiş rəhbəri kimi Yaqlandın ona verilən diplomatik toxunulmazlığının ləğv olunmasını edib. “Oekokrim” bununla bağlı Norveç Xarici İşlər Nazirliyinə sorğu göndərib. Xatırladaq ki, Torbyorn Yaqland Norveçin baş naziri (1996-1997) və xarici işlər naziri (2000-2001) vəzifələrində çalışıb. O, 2009-2019-cu illərdə Avropa Şurasının baş katibi vəzifəsini tutub və 2009-2015-ci illərdə Nobel Komitəsinə sədrlik edib. Yanvarın sonunda “Epşteyn işi” üzrə sənədlərin dərcindən sonra Türkiyə, Litva və Polşada da araşdırmalara başlanılıb. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
azvision.az

2Источники