Lionel Messi “Canal+”un XXI əsrin ən yaxşı hücumçuları reytinqində birinci yeri tutub.
Msport.az xəbər verir ki, kanalın komandası jurnalistlər və keçmiş futbolçularla müsahibə apararaq, əsrin birinci rübünün 100 ən böyük oyunçusunun siyahısını tərtib edib.
Ümumi siyahı bazar günü açıqlanacaq, lakin mövqelərə görə reytinqlər hazırda dərc olunur.
Əsrin ən yaxşı 15 hücumçusu bunlardır:
- Lionel Messi
2. Kriştiano Ronaldo
3. Ronaldo
4. Ronaldinyo
5. Tyerri Anri
6. Kərim Benzema
7. Kilian Mbappe
8. Neymar
9. Robert Levandovski
10. Didye Droqba
11. Samuel Eto’o
12. Zlatan İbrahimoviç
13. Andrey Şevçenko
14. Raul
15. Luis Suares