RU

İran ən yeni ballistik raketini döyüş növbətçiliyinə cəlb edib

İranın ən yeni ballistik raketi olan Khorramshahr-4 döyüş növbətçiliyinə daxil edilib.

Editor.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ən yeni uzaqmənzilli ballistik raket Khorramshahr-4-ü ölkə ərazisində yerləşən hərbi bazalardan birində yerləşdirib.

İranın dövlət televiziyası PressTV-nin məlumatına görə, bu addım raketin İranın müdafiə doktrinasına rəsmi şəkildə daxil edildiyini göstərir. Bildirilir ki, Khorramshahr-4 raketinin uçuş məsafəsi 2 min kilometrdir və o, 1 500 kiloqram ağırlığında partlayıcı döyüş başlığı daşımaq qabiliyyətinə malikdir.

Məlumata əsasən, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçi yaxın günlərdə Omanda nüvə danışıqları aparacaqlar.

ABŞ Prezidenti Donald Tramp İran istiqamətində böyük bir donanmanın hərəkət etdiyini bəyan edib və Tehranın nüvə silahlarından tam imtinanı nəzərdə tutan “ədalətli və balanslı” bir saziş üzrə danışıqlara razılaşacağına ümid etdiyini bildirib. Tramp, həmçinin İranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunmadığı təqdirdə, ABŞ-ın gələcək mümkün hücumlarının əvvəlkilərdən qat-qat ağır olacağı barədə xəbərdarlıq edib.

//Gülnarə Abasova, Editor.az

Избранный
15
editor.az

1Источники