RU

"Bavariya" Qnabri ilə yeni müqavilə imzaladı

"Bavariya" Qnabri ilə yeni müqavilə imzaladı

Almaniya Bundesliqa təmsilçilərindən olan "Bavariya" (Münhen) təcrübəli vingeri Serj Qnabri ilə müqavilə müddətini uzatdığını rəsmən açıqlayıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, 30 yaşlı alman futbolçunun sözləşməsi 30 iyun 2028-ci ilə qədər yenilənib. Qeyd edək ki, vingerin əvvəlki müqaviləsi bu ilin yayında başa çatmalı idi.

Qnabri "Bavariya"nın heyətində indiyədək zəngin karyera quraraq aşağıdakı uğurlara imza atıb:

6 Bundesliqa çempionluğu; 2 Almaniya Kuboku və 5 Almaniya Superkuboku; UEFA Çempionlar Liqası, UEFA Superkuboku və FİFA Klublararası Dünya Çempionatı qalibi.

Müqavilə yeniləndikdən sonra fikirlərini bölüşən futbolçu bunları deyib: "Bavariya"da karyerama başlayanda bu müqavilənin sonuna qədər burada 10 il keçirəcəyimi heç düşünməzdim. Biz həqiqətən də bir komandayıq və böyük uğurlara imza ata bilərik. Burada özümü evimdəki kimi hiss edirəm".

Xatırladaq ki, Serj Qnabri 2017-ci ildən Münhen klubuna məxsusdur və indiyədək keçirdiyi 311 rəsmi oyunda 100 qol, 69 məhsuldar ötürmə ilə yadda qalıb.

İgid

Избранный
4
afn.az

1Источники