RU

21-ci əsrin ən yaxşı hücumçuları: Messi birinci, Ronaldo isə...

Fransanın "Canal+" telekanalı 21-ci əsrin ən yaxşı hücumçularının reytinqini açıqlayıb.

Publika.az xəbər verir ki, birinci yeri hazırda "İnter Mayami" və Argentina millisinin formasını geyinən 38 yaşlı Lionel Messi tutub. O, daha əvvəl "Barselona" və PSJ-də çıxış edib.

İkinci pillədə "Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yer alıb. O, karyerası ərzində "Sportinq", "Mançester Yunayted", "Real" və "Yuventus" kimi klublarda oynayıb.

"İlk üçlüy"ü Braziliya millisinin sabiq üzvü Ronaldo Nazario tamamlayıb. O, klub səviyyəsində "Kruzeyro", PSV, "Barselona", "İnter", "Real", "Milan" və "Korintians"ın formasını geyinib.

Избранный
42
publika.az

1Источники