RU

ABŞ İsraildən xahiş etdi: İrana bu müddətdə hücum etmə

ABŞ administrasiyası İsraildən Vaşinqtonun Tehranla danışıqları zamanı İrana qarşı birtərəfli hərbi əməliyyatlardan çəkinməsini istəyib. Vətəninfo.az xəbər verir ki, bu barədə nəşr mənbələrə istinadən məlumat yayıb.

Mənbələrə görə, ABŞ İsrailə gözləmək və “qabaqlayıcı zərbə kimi ehtiyatsız addımlar atmamaq” xahişini çatdırıb. Məqalədə qeyd olunur ki, iki ölkə arasında koordinasiya “çox yaxın, demək olar ki, görünməmiş dərəcədədir”. Məqalədə qeyd olunur ki, “ABŞ-a və Amerika zabitlərinə səfər edən İsrail zabitlərinin sayı sadəcə inanılmazdır. Koordinasiya səviyyəsi görünməmiş dərəcədədir”.

Xatırladaq ki, ABŞ və İran arasında danışıqlar 6 fevralda Omanın paytaxtı Maskatda keçiriləcək.

Избранный
6
veteninfo.az

1Источники