RU

Bəhlul “Xuliqanların yarışı”na qatılacaq? “Qarabağ”dan Çinə keçid yaxındı!

ain.az, Footbal-plus saytına istinadən bildirir.

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadənin yeni klubu böyük ehtimalla “Şençjen Penq Siti” olacaq. Məlumdu ki, transfer gerçəkləşəcəyi halda ilk dəfə azərbaycanlı futbolçu Çin çempionatında forma geyəcək. Düzdü, təcrübəli müdaifəçinin sözlərinə görə, hələ qarşı tərəfdən rəsmi təklif gəlməyib. Lakin futbolçunun legioner həyatı yaşamaq istədiyi, bütün şərtlərdə ortaq məxrəcə gəlindiyi halda “köhlən atlar”dan ayrılacağı dəqiqdi. Odu ki, Çin təmsilçisi haqda daha ətraflı məlumat verməkdə fayda var.“Football-plus.az”ın məlumatına görə, “Şençjen Penq Siti” 2017-ci ildə yaradılıb. Həmin il Həvəskar Liqasında çempion olan komanda 2-ci liqaya, burda iki mövsüm çıxış edəndən sonra 1-ci liqaya, 2023-cü ildə isə superliqaya vəsiqə qazanıb. Komanda 16 kollektivin yarışdığı çempionatı 2024-cü ildə 14-cü, ötən il isə 12-ci pillədə bitirib.“Transfermarkt”a görə, “Şençjen Penq Siti”nin bazar dəyəri 8,73 milyon avrodu. Komandada cəmi bir milli üzvü, beş legioner var. Legioner demişkən, Çin Futbol Assosiasiyası 2017-ci ilin yanvarında ölkə çempionatında yeni legioner limiti tətbiq edib. Belə ki, bir oyun üçün maksimum 5 əcnəbi futbolçu sifariş vermək mümkündü. Bunlardan yalnız üçü start heyətində yer ala bilər.Çin çempionatıyla bağlı daha bir vacib məqam var. Belə ki, burdakı klublar, daha doğrusu, “Şanxay Port”, “Uhan Zree Tons”, “Zheyanq Professional”, “Beyinq Quoan”, “Şandun Tayşan”, “Henan” və “Qinqdao Hainiu” yeni mövsümə xal silinməsi ilə başlayacaq. Buna səbəb danışılmış oyunlar və qanunsuz mərc fəaliyyəti ilə bağlı tətbiq olunan sanksiyalardı.Kəsəsi, Çində başa çatan mövsüm xoş hadisələrlə yadda qalmayıb. Bəhlulun “Şençjen Penq Siti”yə keçidi də sual altındadı, orda uğurlu olub-olmayacağı da.KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
1
icma.az

2Источники