
ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşner fevralın 6-da İran rəsmiləri ilə planlaşdırılan danışıqlarda iştirak etmək üçün Omana yola düşürlər.
AFN.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.
"Xüsusi elçi Uitkoff və Cared Kuşner sabah (6 fevral) bu danışıqlar üçün Omana gedəcəklər. Onların nə ilə nəticələnəcəyini görəcəyik. Prezident yekunlar üzrə hesabat gözləyəcək", — deyə Levitt jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.
Qeyd edək ki, bu görüş Vaşinqtonun Tehrana qarşı hərbi variantları nəzərdən keçirdiyi bir dövrdə diplomatik həll yolu tapmaq məqsədilə baş tutur. Danışıqların əsas mövzusunun İranın nüvə proqramı, raket sınaqları və regional təhlükəsizlik məsələləri olacağı gözlənilir.