RU

Viktor Orban: Qərbin mənəvi üstünlük iddiası iflasa uğradı

Viktor Orban: Qərbin mənəvi üstünlük iddiası iflasa uğradı

Macarıstanın Baş naziri Viktor Orban Qərbin uzun müddət mənəvi baxımdan üstün olduğunu müdafiə etdiyini, lakin bu gün həmin iddianın iflasa uğradığını bildirib.

Macarıstan hökumətinin rəsmi internet saytında dərc olunan bəyanata görə, Baş nazir Orban iştirak etdiyi tədbirdə Avropa İttifaqını (Aİ) kəskin tənqid edib. Orban Brüsseldən gələn maliyyə vəsaitlərinin Macarıstan hökumətinə qarşı fəaliyyət göstərən tərəflərə axdığını iddia edib.

Qərbin bir vaxtlar rifahı tərənnüm etdiyini dilə gətirən Orban aşağıdakı fikirləri səsləndirib:

"Qərb uzun müddət mənəvi üstünlüyünü müdafiə edib, lakin bu, hər zaman onun maliyyə maraqları ilə üst-üstə düşüb. Bu gün həmin iddia iflasa uğramış vəziyyətdədir. Qərb artıq nümunəvi model deyil. Avropa tənəzzül dövrünü yaşayır və Aİ artıq senzura, müharibəyə girmə təzyiqi, Ukraynaya pul göndərmək və milli mənafelərə müdaxiləni təmsil edir".

Orban artıq kopyalaya biləcəkləri bir xarici modelin qalmadığına diqqət çəkərək, Macarıstanın bundan sonra öz milli maraqlarından çıxış edərək hərəkət etməli olduğunu vurğulayıb. O, həmçinin 2026-cı il seçkilərinin Macarıstan üçün "müharibə və ya sülh" arasında taleyüklü bir seçim olacağını qeyd edib.

Избранный
48
afn.az

1Источники