RU

Ermənistan Rusiyadan vaz keçmədi: İrəvan qərarı açıqladı

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İrəvan xarici siyasət kursunda kəskin dəyişiklik etməyi və bir vektoru digəri ilə əvəz etməyi planlaşdırmır.

Globalinfo.az xəbər verir ki, bunu Moskvada keçirilən brifinqdə Ermənistan Milli Məclisinin sədri Alen Simonyan bildirib. Onun sözlərinə görə, Ermənistan suveren dövlət kimi öz xarici siyasətini balanslı şəkildə qurmaq hüququna malikdir.

Simonyan vurğulayıb ki, bu yanaşma hansısa tərəfi seçmək və ya hər hansı ölkəyə qarşı fəaliyyət göstərmək anlamına gəlmir. O xüsusilə qeyd edib ki, söhbət Rusiyadan imtina və ya Moskva ilə münasibətlərin zəiflədilməsindən getmir.

Parlament sədri əlavə edib ki, Ermənistan tarixi, siyasi, iqtisadi və humanitar əlaqələrə malikdir və bu münasibətlər İrəvan üçün əhəmiyyətini qoruyur.

Qeyd edək ki, Simonyanın bu açıqlamaları son vaxtlar Rusiya-Ermənistan münasibətlərində gərginlik və siyasi məsafənin artması ilə bağlı mediada yayılan iddialar fonunda səslənib.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
globalinfo.az

1Источники