RU

“İrandan böyük qaçqın axını gələ bilər, bundan sığortalanmamışıq” – YAP-çı deputatdan xəbərdarlıq

Milli Məclisin deputatı Vüqar İskəndərov “Musavat TV”nin canlı efirində regional təhlükəsizlik və İranda baş verə biləcək hadisələrin Azərbaycana mümkün təsirləri barədə danışıb. Millət vəkili potensial qaçqın axınına hazırlıq məsələsinə toxunaraq, bunun böyük humanitar fəlakətə səbəb ola biləcəyini vurğulayıb.

V.İskəndərov heç bir dövlətin qonşuluğunda xaos istəmədiyini, lakin fors-major halların hər zaman mümkün olduğunu qeyd edib.

“40 milyona yaxın soydaşımız təhlükə ilə üzləşə bilər”

“Biz hər şeydən tam sığortalandığımızı deyə bilmərik. Dünyada siyasi proseslər o qədər sürətlə dəyişir ki, proqnoz vermək getdikcə çətinləşir. Qonşumuz İranda 40 milyona yaxın soydaşımız yaşayır. Əgər orada arzuolunmaz hadisələr baş versə, müharibə və ya xaos yaransa, insanların üzləşdiyi ilk reallıq qaçqınlıq olur. Bu insanların üz tutacağı iki ölkə var – Azərbaycan və Türkiyə”.

“Bu, milyonlarla insan deməkdir”

“Söhbət yüz minlərdən deyil, milyonlarla insandan gedə bilər. Əgər İrandan kütləvi qaçqın axını başlasa, bu, böyük humanitar fəlakət olar. Azərbaycan 30 il ərzində qaçqın və məcburi köçkün problemini yaşayıb və bunun nə qədər ağır yük olduğunu həm dövlət, həm də xalq yaxşı bilir. O dövrlərdə bizə ciddi dəstək göstərilmirdi. Avropa isə yalnız Suriya qaçqınları gələndə bu problemə reaksiya verməyə başladı”.

“Dövlətin fors-major hallar üçün planı var”

“Əminəm ki, dövlətin bu cür hallar üçün preventiv tədbirləri və fəaliyyət planı mövcuddur. Dəqiq detalları bilməsəm də, Azərbaycan dövləti hər zaman hadisələri qabaqlamağa və riskləri idarə etməyə çalışır. Lakin reallıq ondan ibarətdir ki, belə bir axın baş verərsə, vəziyyət olduqca gərgin ola bilər”.

Musavat.com

Избранный
58
editor.az

1Источники