RU

Rusiyanın məhv edəcəyik! hədəsinə Qərb ölkələrindən REAKSİYA

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qərb ölkələri Rusiya Xarici İşlər Nazirliyinin “könüllülər koalisiyası” çərçivəsində qoşunların Ukraynaya göndərilməsinin mümkün nəticələri ilə bağlı səsləndirdiyi xəbərdarlıqlardan narahatdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Express” qəzetində dərc olunan məqalədə bildirilib.

Məqalədə qeyd olunur ki, Rusiya sülh müqaviləsinin tərkib hissəsi kimi Ukraynaya xarici qoşunların yeridilməsi halında cavab zərbələri endirə biləcəyi ilə bağlı sərt mövqe nümayiş etdirib.

Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib ki, “könüllülər koalisiyası”na daxil olan ölkələrin qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsi qanuni hərbi hədəf hesab ediləcək. Onun sözlərinə görə, belə bir addımın sülh razılaşmasından sonra atılması Rusiya üçün tamamilə qəbuledilməzdir.

Nəşr vurğulayıb ki, Moskva bu cür təşəbbüsləri regionda gərginliyin daha da artmasına səbəb ola biləcək təhlükəli eskalasiya kimi qiymətləndirir. Eyni zamanda baş verə biləcək hər hansı təhdid dərhal Rusiya ordusu tərəfindən məhv ediləcək.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
42
globalinfo.az

1Источники