Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların növbəti raundunun yekunlarına dair məlumat yayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Stiv Uitkoff "X" hesabında paylaşım edib. O bildirib ki, görüş zamanı atəşkəs rejiminin həyata keçirilməsi müzakirə edilib.
Uitkoff qeyd edib ki, görüş konstruktiv keçib: “İki gün ərzində nümayəndə heyətləri açıq qalan məsələlər üzrə geniş müzakirələr aparıb. Bunlara atəşkəsin təmin olunması və hərbi fəaliyyətin dayandırılmasına nəzarət mexanizmləri də daxildir”.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта