RU

ABŞ və Özbəkistan anlaşıb

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İki ölkə arasında kritik minerallar üzrə anlaşma memorandumu imzalanıb

ABŞ və Özbəkistan hökumətləri arasında anlaşma memorandumu imzalanıb. AYNA.AZ bildirir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Bəxtiyar Səidov Vaşinqtonda ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə görüşlərdən sonra “X” sosial media hesabında yazıb.

O yazıb: "ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə birlikdə Özbəkistan və Amerika Birləşmiş Ştatları hökumətləri arasında kritik mineralların və nadir torpaq metallarının hasilatı və emalı sahəsində təchizatların təmin edilməsi üçün anlaşma memorandumu imzaladıq".

Səidov həmçinin əlavə edib ki, tərəflər kritik mineralları təkcə iqtisadi imkanlar kimi deyil, həm də məsuliyyətli tərəfdaşlıq və uzunmüddətli inkişaf sahəsi kimi görürlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
ayna.az

1Источники