Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)Kollegiyasının 3 noyabr 2020-ci il tarixli Qərarı ilə təsdiqedilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”aəsasən, qida zəncirinin bütün mərhələlərində - ilkin istehsal,tədarük, emal, qablaşdırma, saxlanma, daşınma, dövriyyə (o cümlədənidxal və ixrac), ictimai iaşə və xidmət sahələrində gigiyeniktələblərə ciddi riayət olunmalıdır.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindənTrend-ə verilənməlumata görə, həmçinin sahibkarlar tərəfindən qida obyektlərindəmüvafiq dezinfeksiya proqramları hazırlanmalı, bu proqramlardadezinfeksiya tədbirlərinin tezliyi, üsulları və tətbiq olunanvasitələr dəqiq şəkildə müəyyən edilməlidir.
Müasir qida təhlükəsizliyi tələbləri və bundan irəli gələnmövcud normativ-hüquqi bazaya əsasən dezinfeksiya tədbirlərininhəyata keçirilmə tezliyi riskəsaslı yanaşma ilə qida obyektininfəaliyyət sahəsi və növü, istehsal gücü, texnoloji proseslərinxüsusiyyətləri və dairəsi, sanitar vəziyyəti, yerləşməsi,layihələndirilməsi, işçilərin sayı və s. kimi amillər nəzərəalınmaqla, hər bir obyektə münasibətdə sahibkarlar tərəfindənmüəyyənləşdirilərək icra olunmalıdır.
Dezinfeksiya tədbirləri ilə bağlı daxili nəzarət sistemlərinəuyğun olaraq müvafiq təsdiqedici sənədlər tərtib olunmalı vəsaxlanması təmin edilməlidir.