RU

Taksi sayı hazırda kifayət qədərdir və taksi qıtlığı gözlənilmir, qara bazarın yaranması ehtimalı da real görünmür

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtda taksi sayının azaldılması ilə bağlı müzakirələr sürücülər, sərnişinlər və nəqliyyat ekspertləri arasında aktual mövzuya çevrilib. Mütəxəssislər bildirir ki, rəsmi taksilərin sayının azaldılması müəyyən qədər küçə sıxlığını və tıxacları yüngülləşdirə bilər, amma problem tam həll olunmaya da bilər. Digər tərəfdən, rəsmi taksilərin azalması qara bazarın canlanması riskini artırır.Taksi sayının azaldılması tıxacı azaldacaq, yoxsa qara bazarı canlandıracaq?Taksidən “uzaqlaşdırılan” maşınların aqibəti necə olacaq?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, taksi sayı hazırda kifayət qədərdir və bu səbəbdən taksi defisiti və ya qıtlığı gözlənilmir.

Eldəniz Cəfərov

“Hazırda Bakı şəhərində 30 mindən çox taksi minik avtomobili fəaliyyət göstərir. Yeni tətbiq olunan kvotaya əsasən, paytaxtda 25 min taksi nəqliyyat vasitəsinin fəaliyyəti nəzərdə tutulur. Bu kvota yalnız Bakı şəhərinə aiddir və Sumqayıt da daxil olmaqla digər şəhərlərə şamil edilmir. Kvota sırf nəqliyyat vasitələrinə tətbiq olunur və bir avtomobili bir neçə nəfər növbəli şəkildə taksi kimi idarə edə bilər.

Taksi sayı hazırda kifayət qədərdir və bu səbəbdən taksi defisiti və ya qıtlığı gözlənilmir. Qara bazarın yaranması ehtimalı da real görünmür. Taksi ictimai nəqliyyat vasitəsi olmasa da, ictimai nəqliyyatı tamamlayan köməkçi vasitə funksiyasını yerinə yetirir.

Zərurət yarandığı halda taksi sayı artırıla, ehtiyac azaldıqda isə ixtisar oluna bilər. Bu proses idarə olunan mexanizmdir və tam şəkildə tələb-təklif prinsipi əsasında formalaşdırılır”-deyə Eldəniz Cəfərov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
bizimyol.info

1Источники