RU

"Facebook" bu hesabları silir

Sosial şəbəkələrdə uzun müddət aktiv olmayan, illərlə giriş edilməyən Facebook profillərinin aqibəti tez-tez müzakirə olunur. Bir çox istifadəçi belə hesabların avtomatik olaraq bağlanıb-bağlanmadığı ilə maraqlanır. Bəs “ölü hesablar” hansı hallarda silinir?Metbuat.az-ın məlumatına görə, mövcud qaydalara əsasən, “Facebook” qeyri-aktiv profilləri təkcə istifadə olunmadığı üçün silmir. “Facebook”un istifadə şərtlərinə görə, hesabın illərlə aktiv olmaması, paylaşım edilməməsi və ya istifadəçinin uzun müddət platformaya daxil olmaması profilin avtomatik silinməsi üçün hüquqi əsas yaratmır. Həmin hesablar “Facebook” tərəfindən saxlanılır və sistemli şəkildə təmizlənmir. “Facebook” hesabının tam silinməsi yalnız müəyyən konkret hallarda mümkündür. Məsələn, profil sahibi “Hesabı sil” funksiyasından istifadə etdikdə və 30 gün ərzində hesaba yenidən daxil olmadıqda, hesab geri dönüş imkanı olmadan tam silinir. Bundan başqa, istifadəçinin vəfatı ilə bağlı yaxın qohumlar və ya hüquqi nümayəndələr tərəfindən rəsmi müraciət və müvafiq sənədlər təqdim edildikdə hesab ya xatirə (memorial) hesabına çevrilə bilər, ya da ailənin tələbi ilə tamamilə silinə bilər. Profil saxta şəxsiyyət kimi tanındıqda, spam və ya fırıldaqçılıq məqsədilə istifadə edildikdə, həmçinin təhlükəsizlik riskləri yaratdıqda “Facebook” hesabı deaktiv edə və ya silə bilər. Bu halda silinmənin səbəbi qeyri-aktivlik deyil, qayda pozuntusu hesab olunur. Həmçinin məhkəmə qərarı və ya səlahiyyətli dövlət qurumlarının rəsmi müraciəti olduqda da “Facebook” hesabın bağlanması və ya silinməsi ilə bağlı tədbir görə bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
29
1
metbuat.az

2Источники