RU

“Barselona”nın tarixinə düşdü

“Barselona” heyətinə yeniyetmə futbolçu cəlb edib. Bu transfer İspaniya nəhəngi üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, Kataloniya klubu Həmzə Əbdülkərimi transfer edib. 18 yaşlı hücumçu “Barselona”nın tarixinə ilk misirli futbolçu kimi düşüb. Həmzə satınalma şərti ilə “Əl-Əhli”dən icarəyə götürülüb. O, ilkin mərhələdə “Barselona”nın yeniyetmələrdən ibarət komandasında çıxış edəcək.

Qeyd edək ki, Həmzə bir müddət əvvəl Misirin 17 yaşlılardan ibarət yığmasında, xüsusilə dünya çempionatındakı uğurlu çıxışı ilə diqqəti cəlb edib.

Yeri gəlmişkən, “Barselona” Fermin Lopeslə müqaviləni yeniləyib. Klubun mətbuat xidmətinin məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Bir müddət əvvəl yerli mediada futbolçunun maaşının ikiqat artırılacağı haqda xəbər də yayılmışdı.

“Barselona”nın yetirməsi olan Fermin əsas komandada bütün turnirlərdə 114 oyun keçirib, 29 qol vurub və 22 məhsuldar ötürmə verib.

Избранный
26
football-plus.az

1Источники