RU

“Müdafiə sistemlərimiz hazırlıq keçir, amma...” Dias Kanel

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Kuba ABŞ üçün təhdid yaratmır və onun hərbi doktrinası yalnız ölkənin müdafiəsinə yönəlib.

"Report" xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel mətbuat konfransında bildirib.

"Hərbi doktrinamız başqa ölkəyə qarşı hər hansı təcavüzü qətiyyən nəzərdə tutmur. Biz ABŞ üçün təhdid yaratmırıq", - Prezident vurğulayıb.

O qeyd edib ki, Kuba hərbi sahədə digər ölkələrlə əməkdaşlıq edir, lakin onun ərazisində xarici bazalar yoxdur: "Kubada bir qeyri-qanuni hərbi baza var, o da Quantanamodakı ABŞ bazasıdır".

Dias-Kanel bildirib ki, Müdafiə Şurası hərbi vəziyyətin elan olunması halında tədbirlər və planları araşdırır, lakin hazırda buna ehtiyac yoxdur: "Müdafiə sistemlərimiz hazırlıq keçir, amma hələ hərbi vəziyyətə keçid barədə danışmırıq".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
53
2
azpolitika.info

8Источники