RU

İlon Maskdan inqilabi addım

İlon Maskın "SpaceX" şirkəti peyk interneti biznesini genişləndirməyi, o cümlədən öz smartfonunu hazırlamağı planlaşdırır.

Publika.az "Reuters"ə istinadla xəbər vrir ki, şirkət mobil cihazların birbaşa peyklərə qoşulması və kosmik məkanın monitorinqi servisləri üzərində işləyir.

Mənbələrin bildirdiyinə görə, "Starlink" smartfonu birbaşa peyk şəbəkəsi ilə inteqrasiya olunacaq. Bu isə o deməkdir ki, internet trafikini ötürmək üçün ənənəvi mobil operatorların (Azercell, Bakcell və s. kimi) xidmətlərinə ehtiyac qalmaya bilər. Cihazın dizaynı və satış tarixi hələlik gizli saxlanılır.

İlon Mask daha əvvəl "X" sosial şəbəkəsində bu barədə ipucları vermişdi. O qeyd etmişdi ki, "Starlink" smartfonu prinsipial olaraq fərqli bir cihaz olacaq:

  • Neyron şəbəkələr (AI) üçün optimallaşdırılmış;
  • Maksimum enerji səmərəliliyi ilə işləyən.
  • Maliyyə göstəriciləri və rəqabət

"Starlink" hazırda SpaceX-in əsas gəlir mənbəyidir. Məlumata görə, ötən il şirkət 15–16 milyard dollar gəlirdən təxminən 8 milyard dollar mənfəət əldə edib. Ümumi gəlirlərin 50%-80%-i məhz peyk internetinin payına düşür.

Избранный
70
2
publika.az

3Источники