Bakı. Trend:
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilkmatçlarına yekun vurulub.
Trend xəbər verir ki, “TuranTovuz”“Kəpəz”i sınağa çəkib. "Azərsun Arena"da keçirilən matç Tovuzklubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanınheyətində yeganə qolu 57-ci dəqiqədə Hayderson Hurtado vurub.
Günün ilk oyununda “Qarabağ” “Şamaxı”ya 1:2 hesabı iləuduzub.
Ötən gün baş tutan “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ”oyunları qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavabmatçları martın 3-də keçiriləcək.