RU

Rusiya müharibəyə nə qədər pul xərcləyir? – Alman kəşfiyyatı şok rəqəmləri açıqladı

2025-ci ildə Rusiya dövlət büdcəsinin təxminən yarısını hərbi ehtiyaclara xərcləyib.

Editor.az xəbər verir ki, bu barədə 4 fevralda “The Telegraph” qəzeti Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) hesabatına istinadən məlumat yayıb. Alman kəşfiyyatının təhlilinə görə, Rusiyanın ötən il faktiki müdafiə xərcləri rəsmi olaraq bildirildiyindən 66% çox olub. Bu, təxminən 250 milyard avroya çatıb ki, bu da ümumi dövlət xərclərinin təxminən yarısına və ölkənin ÜDM-nin 10%-nə bərabərdir.
Ukraynaya qarşı tammiqyaslı müharibənin əvvəlində Rusiyanın hərbi xərcləri ÜDM-in təxminən 6%-ni təşkil edib. Qəzetin qeyd etdiyi kimi, xərclər 2022-ci ildən bəri hər il artıb. Alman kəşfiyyatı bildirib ki, bu vəsaitlər yalnız Ukraynadakı müharibəni dəstəkləmək üçün deyil, həm də Rusiyanın şərqi NATO ölkələri ilə sərhədləri boyunca hərbi imkanlarını genişləndirmək üçün istifadə olunur.

BND hesabatında deyilir: “Bu rəqəmlər Rusiyadan Avropaya artan təhlükəni açıq şəkildə göstərir”. 2025-ci ilin iyun ayında NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya beş il ərzində NATO ölkələrinə qarşı hərbi güc tətbiq etməyə hazır ola bilər. “The Telegraph” qəzetinin məlumatına görə, tikinti layihələri, hərbi İT proqramları və hərbçilər üçün sosial müavinətlər də daxil olmaqla əlavə xərclərin böyük hissəsi Rusiya dövlət büdcəsinin digər bölmələrində gizlədilib.
Moskvanın ötən payız dərc edilmiş 2026-cı il büdcə planlarında müharibənin başlanğıcından bəri ilk dəfə müdafiə xərclərinin azaldılacağı bildirilir.

Lakin rəsmi 13 trilyon rubl rəqəmi alman analitiklərinin Kremlin əslində xərclədiyinə inandığından çox aşağıdır. Medianın məlumatına görə, artan müharibə xərcləri və enerji ixracı gəlirlərinin azalması Rusiya hökumətini sosial təminat xərclərini azaltmağa və ƏDV-ni artırmağa məcbur edib, eyni zamanda 70 milyard dollardan çox qiymətləndirilən böyük bir büdcə kəsiri yaradıb.

//Samir Qurbanov, Editor.az

Избранный
33
50
editor.az

10Источники